Mahmud Ələvi: “Dini lider Əli Xamneyi icazə versə, Amerika ilə müzakirələr apararıq”

Mahmud Ələvi: “Dini lider Əli Xamneyi icazə versə, Amerika ilə müzakirələr apararıq”

GünAz TV: İranın ETTELAAT naziri Mahmud Ələvi “dini lider” Əli Xamneyinin icazə verdiyi təqdirdə, Amerika ilə müzakirə apara biləcəklərini deyib.

 

Ələvi iyulun 4-də etdiyi çıxışda bildirib ki, ABŞ sanksiyaları ləğv etsə və “dini lider” Əli Xamneyi icazə versə, tərəflər arasında müzakirələr baş tuta bilər.

 

Son həftələr ərzində bu iranlı rəsmilərin Amerika ilə danışıqlar apara biləcəyi ilə bağlı səsləndirdikləri növbəti fikirlərdən biridir.

 

Ələvidən 2 gün öncə İranın neft naziri Bijən Namdar Zenqənə də sanksiyalar ləğv edilmədən, ölkəsinin Vaşinqtonla danışıqlara başlamayacağını demişdi.

 

Lakin dünən bir neçə saatdan sonra ETTELAAT Nazirliyi Mahmud Ələvinin dediklərini təkzib edib. Nazirliyin yaydığı məlumatda iddia olunur ki, nazirin sözləri media qurumları tərəfindən “dəyişdirilib”.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN