Mahmud Vaizi: “Həsən Ruhani benzinin bahalaşdırılmasını dəstəkləyirdi”

Mahmud Vaizi: “Həsən Ruhani benzinin bahalaşdırılmasını dəstəkləyirdi”

GünAz TV: İran Prezident Apratının rəhbəri millət vəkili Əli Mütəhhərinin Ruhaninin benzinin bahalaşdırılmasına qarşı olduğu barədə səsləndirdiyi fikirləri təkzib edib.

 

Əli Mütəhhəri ötən gün bildirmişdi ki, Həsən Ruhani benzinin bahalaşdırılmasına qarşı olduğundan, bu qərarın icrası “dini lider” Əli Xamneyinin göstərişi ilə baş tutub.

 

Mahmud Vaizi deputatın dediyi sözləri “əsassız” adlandırıb və tamamilə təkzib edib.

 

“Prezident benzinin qiymətinin artırılması və bu sahədə kvota sisteminin tətbiqinə qarşı olmayıb, əksinə qərarı dəstəkləyib. Əgər Əli Mütəhhəri belə fikir səsləndiribsə, mən demək istəyirəm ki, bu, tamamən yanlışdır”, - deyə Aparat rəhbəri fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, İranda noyabrın 15-də benzinin qiymətinin 3 dəfə artırılmasından sonra rəsmilər arasında ciddi fikir ayrılıqları yaşanır. Xüsusilə də, qərarın Milli Məclisin müzakirəsinə çıxarılmadan qəbul edilməsi deputatların bir çoxunun narazılığına səbəb olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN