Makron etirazlara son qoymaq üçün referendum keçirmək niyyətindədir

Makron etirazlara son qoymaq üçün referendum keçirmək niyyətindədir

GünAz TV: Fransa prezidenti Emmanüel Makron "sarı jiletlilər"in etirazlarına səbəb olan böhrandan çıxmaq üçün gizli referendum hazırlayır.

 

"Report" xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" nəşri məlumat yayıb.

 

Nəşr yüksəkçinli mənbələrə istinadən edərək yazır ki, referendum Avropa Parlamentinə seçkilər kimi mayın 26-sıkeçirilə bilər.

 

Fransa prezidentinə yaxın mənbələr bildiriblər ki, Makronun cəmi bir neçə günü qalıb — səsvermə haqqında qərarı çox tez, bir həftə ərzində qəbul etmək lazımdır. Referendumun mayın sonunda keçirilmə ehtimalı "olduqca yüksək" qiymətləndirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN