Malaziya sanksiyalara görə İran vətəndaşlarına məxsus bank hesablarını dondurub

Malaziya sanksiyalara görə İran vətəndaşlarına məxsus bank hesablarını dondurub

GünAz TV: Malaziyada yaşayan İran vətəndaşları bu ölkənin özlərinə məxsus bank hesablarının dondurduğunu deyirlər.


"Reuters" agentliyinin məlumatına əsasən, Malaziyada fəaliyyət göstərən bir neçə İran vətəndaşı özlərinə məxsus bank hesablarının bağlanması xəbərini təsdiqləyiblər. Onlar bunun səbəbinin Amerikanın İran vətəndaşları və şirkətləri ilə əməkdaşlıq edən ölkələrə qarşı tədbir görəcəyini bəyan etməsidir.


Qeyd etmək lazımdır ki, cari ilin mart ayında ABŞ Maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə məlumatlarının monitorinqi üzrə müavini Sigal Mandelker Asiya ölkələrinə xəbərdarlıq edərək bildirmişdi ki, Sinqapur, Malaziya və digər ölkələr İranın sanksiyaları pozmağa hədəflənmiş fəaliyyətlərindən yayınmalıdırlar. Əks təqdirdə, həmin ölkələrə qarşı da tədbirlər görüləcək.


O qeyd etmişdi ki, sözügedən ölkələr İranın beynəlxalq ictimaiyyəti allatmaqla, neft satışını davam etdirmək üçün istifadə etdiyi üsullara qarşı diqqətli olmalıdırlar.


Xatırladaq ki, ABŞ 2018-ci ilin noyabr ayının 5-dən İranın neft və qaz sektoruna qarşı sanksiyalar tətbiq edib. Bir müddət sonra məsələ ilə bağlı çıxış edən Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk bildirmişdi ki, artıq İrandan neft alışını davam etdirən ölkələrə qarşı da embarqolar tətbiq ediləcək.


Sanksiyalardan sonra günlük təqribən 2.5 milyon barel təşkil edən İranın neft ixracatı hazırda 120 min barelə qədər enib.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN