MAQATE İranın angetliyin qadın müfəttişi ilə bağlı iddialarını rədd edib

2019-11-08 14:36

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qubernatorlar Şurasının dünən Vyanada keçirilmiş iclasının yekunlarına dair yayılmış bəyanatda İranın qurumun qadın müfəttişinə qarşı davranışı qəbul edilməz adlandırılıb.

 

Agentlik rəsmi Tehranın müfəttişlə bağlı irəli sürdüyü bütün iddia və ittihamları rədd edib. Bəyanatda qeyd edilir ki, MAQATE ötən həftə rəsmi Tehrandan sözügedən əməkdaşının çıxamasına icazə verməsini istəsə də, İran əksinə olaraq onun çıxışına müvəqqəti qadağa qoyub.

 

Qurumun müvəqqəti baş katibi Kornel Fruta isə məsələ ilə bağlı bildirib ki, bu, öz missiyası və vəzifəsini icra edən şəxsə qarşı baş verməməsi lazım olan hadisə idi. Rəsmi həmçinin İranla mövzunun araşdırılması istiqamətində müzakirələrə davam edəcəyini qeyd edib.

 

Xatırladaq ki, noyabrın 6-da İran MAQATE-nin qadın müfəttişinin “üzərində şübhəli əşya olduğuna görə” Nətənz Atom Elektrik Stansiyasına buraxılmadığı, buna görə də, onun öz missiyasını yarımçıq qoyaraq, Vyanaya qayıtdığı barədə məlumat yaymışdı.

 

İranın beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Kazım Qəribabadi isə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada ölkəsinin “təhlükəsizlik narahatlığı” olduğu üçün müfəttişi Nətənzdən uzaqlaşdırıb. O, hadisəni İran üçün “həyəcan təbili” adlandırıb və bu səbəbdən ölkəsinin MAQATE-nin müfəttişinin toxunulmazlıq hüququnu pozmadığını iddia edib.

 

Görüş zamanı çıxış edən Amerika Birləşmiş Ştatlarının qurumdakı daimi nümayəndəsi Ceki Valkot üzv ölkələri İrana beynəlxalq qanunlara zidd davranışlarının qəbul edilməz və dözülməz olduğu, eləcə də bunun ağır nəticələrə səbəb olacağı barədə açıq xəbərdarlıq etməyə çağırıb. 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan Prezidenti: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir”

2020-11-24

gun az article

Dövlət başçısı: “Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub”

2020-11-24

gun az article

Azərbaycan Prezidenti: “Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik”

2020-11-24

gun az article

Prezident İlham Əliyev: “Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda”

2020-11-24

gun az article

Dövlət başçısı: “Heç kim bizə kömək etməyib, əksinə, ancaq maneçilik törədib, gün gələcək bu barədə ətraflı danışacağam”

2020-11-24

gun az article

Azərbaycan Prezidenti: “Paşinyan mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı”

2020-11-24

gun az article

Prezident: “Bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb”

2020-11-24

gun az article

Qarabağda rus sülhməramlısı və ermənilər də minaya düşüb

2020-11-24

gun az article

Polkovnik şəhid oldu

2020-11-24

gun az article

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

2020-11-24

gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22