MAQATE İranın nüvə proqramı ilə bağlı toplantı keçirəcək

2019-11-07 13:39

GünAz TV: Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik- MAQATE-nin Qubernatorlar Şurasında İranın nüvə proqramına dair görüş keçiriləcək.

 

Qurumun açıqlamasında toplantının əsas mövzusunun İranın nüvə təsisatlarında gördüyü təhlükəsizlik tədbirləri ilə, beynəlxalq müfəttişlərin fəaliyyətlərinə yaratdığı maneələrlə əlaqədar agentliyin məruzəçinin hazırladığı hesabata həsr olunacağı deyilir.

 

Bəzi media orqanları toplantının İranın Fordo Nüvə Kompleksində atdığı son addımlara görə təşkil edildiyini bildirsələr də, “Wall Street” jurnalının jurnalistdi Lavrens Norman görüşün Turquzabad anbarında tapılmış uran izlərini müzakirə edəcəyini deyib.

 

MAQATE bir müddət öncə rəsmi Tehrandan Turquzabadda tapılmış uran izi ilə bağlı təcili izahat tələb etmişdi. Turquzabad İsrailin Baş naziri Benyamin Netanyahunun ötən il beynəlxalq ictimaiyyətə İranın gizli nüvə anbarı kimi təqdim etdiyi yerdir.

 

Digər tərəfdən, qurumla İran arasında qeyri-müəyyən məsələlərə görə ziddiyyətlərin olduğu nəzərə çarpır. Belə ki, ötən gün İranın Atom Enerjisi Təşkilatı ölkənin MAQATE-də fəaliyyət göstərən daimi nümayəndəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qadın müfəttişlərindən birinin Nətənz zavoduna girişinin qarşısının alınması üçün Qubernatorlar Şurasına müraciət edəcəyini bəyan etmişdi. Təşkilat bunun səbəbləri ilə bağlı detallara toxunmamışdı.

 

Xatırladaq ki, ötən gün İran təhlükəsizlik qüvvələri MAQATE-nin müfəttişlərindən birini qısa müddətli saxlamışdı və hazırladığı sənədləri əlindən aldıqdan sonra sərbəst buraxmışdı.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda daha 389 nəfər koronavirusdan ölüb, 12 950 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-11-29

gun az article

Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb,1985 nəfər sağalıb, 38 nəfər vəfat edib

2020-11-29

gun az article

İranın Hormozqan əyalətində 4.6 bal gücündə zəlzələ baş verib

2020-11-29

gun az article

İşğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq

2020-11-29

gun az article

Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş...

2020-11-29

gun az article

Füzulidə minaya düşənlərin cəsədləri təhvil verilib

2020-11-29

gun az article

İƏT-in növbəti iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib

2020-11-29

gun az article

GünazTV Nov.28.2020 : Coronovirusun artan rəqəmləri “Qara Cümə” bazarını da məhv etdi”

2020-11-28

gun az article

Pompeo: “İranın raket proqramını dayandırmaq üçün bütün sanksiya vasitələrindən istifadə edəcəyik”

2020-11-28

gun az article

İranda daha 13 402 nəfər koronavirusa yoluxub, 391 xəstə vəfat edib

2020-11-28

gun az article

Ruhani: “Məsullarımız bu cinayətin cavabını vaxtında verəcəklər”

2020-11-28

gun az article

İranın bir sıra rəsmiləri nüvə aliminin öldürülməsinə reaksiya verib

2020-11-28

gun az article

Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

2020-11-28

gun az article

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

2020-11-28

gun az article

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb

2020-11-28

gun az article

İranın nüvə proqramının “sirli adamı” öldürülüb

2020-11-27

gun az article

Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına - Reaksiya

2020-11-27

gun az article

İranın "diplomat-casusu" məhkəmədə iştirakdan imtina edib

2020-11-27

gun az article

Belçikada İranlı "diplomat" terror ittihamı ilə mühakimə olunacaq

2020-11-27

gun az article

Azərbaycanda son sutkada 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

2020-11-27