Marağa zindanında daha 2 nəfər dara çəkilib

Marağa zindanında daha 2 nəfər dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılan daha 2 nəfər edam edilib. Hadisə üç gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 2011-12 -ci illərdə tayfalar arası və məişət zəminində baş verən ixtilaflara görə qətl törədən Mərənd şəhər sakinləri, müttəhimlər 34 yaşlı Höccət İmani və 36 yaşlı Cəfər Seyid Rəsuli, iyulun 5-i sübh saatlarında Marağa zindanında dar ağacından asılıblar.

 

Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN