Maskalılar Türkiyənin İsveçrədəki Baş Konsulluğuna hücum edib

Maskalılar Türkiyənin İsveçrədəki Baş Konsulluğuna hücum edib

GünAz TV: Türkiyənin İsveçrədəki (Suis) Baş Konsulluğu naməlum şəxslərin hücumuna məruz qalıb.

 

Diplomatik korpusun Sürixdəki binasının önünə toplaşan bir qrup maskalı şəxs binaya boya maddələri atıblar. Hücum əsnasında binada heç kimin olmadığı, lakin binaya maddi zərər dəydiyi barədə məlumat verilib. Maskalılar həmçinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndiriblər.

 

Boyaların rəngindən üzü bağlı şəxslərin PKK tərəfdarı olduqları ehtimal edilir.

 

Maskalı şəxslər İsveçrə polisinin müdaxiləsindən sonra ərazidən uzaqlaşıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN