Mavritaniya hökuməti İran səfirini Xarici İşlər Nazirliyinə çağıraraq bu ölkədə şiə təbliğatı aparmalarına etiraz bildirib

Mavritaniya hökuməti İran səfirini Xarici İşlər Nazirliyinə çağıraraq bu ölkədə şiə təbliğatı aparmalarına etiraz bildirib

GünAzTV: İranın Nuakşotdakı səfiri Məhəmməd Omrani, Mavritaniya Xarici İşlər Nazirliyinə çağırılaraq, ona, bu ölkədə şiə məzhəbini təbliğ edərək ölkə vətəndaşları arasında dini ixtilaf salmalarına görə kəskin etiraz bildirilib.

 

Bu barədə ərəb mənbələri mayın 31-də məlumat yayıb.

 

Yayılan məlumata əsasən, Mavritaniya Xarici İşlər Nazirliyinin rəsmiləri, İran səfiri ilə görüşdə bildiriblər ki, rəsmi Nuakşot, İran səfirliyinin ölkə vətəndaşlarının məzhəbini dəyişdirmək istiqamətində təbliğat aparması qarşısında bundan  artıq sakit qalmayacaq.

 

Bildirilir ki, İran səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasının ardınca, Mavritaniya hökuməti İranın bu ölkədə şiəçiliyi təbliğ edərək vətəndaşların məzhəbini dəyidirməyə çalışan 2 dini mərkəzini bağlayaraq, onların fəaliyyətinə son qoyub.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN