Mayk Pens: “Amerika İran rejiminin qarşısında, xalqının isə yanındadır”

Mayk Pens: “Amerika İran rejiminin qarşısında, xalqının isə yanındadır”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidentinin müavini Mayk Pens bildirib ki, ölkəsi İran rejiminin qarşısında, lakin xalqının yanındadır.

 

İyulun 18-i dini liderlərlə din azadlıqları mövzusunda keçirilmiş konfransda çıxış edən Pens İran rejiminin təkcə öz millətinə deyil, İraq kimi digər bölgə ölkələrinin xalqlarına da zülm etdiyini deyib.

 

O, İran xalqının rejim tərəfindən azadlıqdan məhrum edildiyini və Amerikanın hər zaman xalqın yanında, eləcə də rejimin qarşıs;nda olduğunu vurğulayıb.

 

Pens İranda yaşayan xalqları öz azadlıqları və daha yaxşı yaşamaları üçün təlaşlarına davam etməyə çağırıb.

 

“Biz digər ölkələrə din azadlığı sahəsində nümunə olduğumuz üçün fəxr edirik. Din azadlığı olan hər bir yerdə yaşayış çox gözəl olur”- deyə Donald Trampın müavini əlavə edib.

 

Xatırladaq ki, iyulun 16-dan 18-nə qədər ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə Vaşinqtonda 115 ölkənin din xadimlərinin iştirakıyla din azadlığı mövzusunda beynəlxalq konfrans keçirilib. Bu, dünyada din azadlığı mövzusunda keçirilmiş ən böyük konfrans hesab edilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN