Mayk Pens bir daha nüvə razılaşmasını faciəvi adlandırıb

Mayk Pens bir daha nüvə razılaşmasını faciəvi adlandırıb

GünAz TV: Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens bir daha Barak Obama administrasiyasının İranla əldə etdiyi nüvə razılaşmasını faviəvi adlandırıb.

 

O, Tramp administrasiyasının sanksiyalar qəbul etməklə, sözügedən anlaşmadan çıxmasını Amerikadan sui-istifadə etməyin qarşısının alınması olduğunu deyib.

 

Mayk Pens İranın regionda yürütdüyü siyasəti tənqid edərək, bunun ölkələrin təhlükəsizliyini bir-birinə vurduğunu deyib. O, eyni zamanda İran rejiminin dünyada terroru dövlət səviyyəsində dəstəkləyən ən böyük rejim olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, Tramp hökuməti 2018-ci ilin may ayının 8-də İrana qarşı sanksiyaların yenidən qaytarılacağını bəyan etməklə, nüvə razılaşmasından çıxıb. Amerika İrandan nüvə və raket proqramlarını, eləcə də terror təşkilatlarına göstərdiyi hər növ dəstəyi dayandırmağı tələb edir.

 

Tramp hökuməti İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasını faciəvi və səmərəsiz adlandırır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN