Mayk Pens: “İran beynəlxalq terrorizmə dəstək verməkdə qabaqcıl ölkədir”

Mayk Pens: “İran beynəlxalq terrorizmə dəstək verməkdə qabaqcıl ölkədir”

GünazTV: ABŞ prezidentinin müavini Mayk Pens martın 1-də Merilənd ştatında keçirilən “Mühafizəkarların Siyasi Hərəkatı” adlı konfransda çıxış edərək, İranı beynəlxalq terrorizmə dəstəkdə və yəhudilərə qarşı yeni bir Xolokost yaratmağa cəhddə günahlandırıb.

 

Qərbin İranla imzaladığı nüvə sazişini “faciəli” adlandıran Pens, ABŞ prezidenti Donald Trampın bu razılaşmadan çıxmasını yüksək qiymətləndirdiyini bəyan edib: “Prezident Tramp özünün beynəlxalq arenadakı güclü rəhbərliyinə söykənərək, Orta Şərqdə sülh və sabitliyə qarşı ən böyük təhdid sayılan İran qarşısında duraraq, Amerikanı bu faciəli nüvə sazişindən çıxardı.

 

İran beynəlxalq terrorizmə dəstək verməkdə qabaqcıl ölkədir. İran terrorçu qruplaşmalara dəstək verir, bölgədə baş verən çaxnaşmaları qızışdırır, Avropa ərazisində terrorçu əməliyyatların həyta keçirilməsi üçün planlar qurur, açıq-aşkar İsrailin məhv olunmasını istəyir. İran hakimiyyəti açıq şəkildə yəhudilərə qarşı yeni bir Xolokostun baş verməsini dəstəkləyir, bunun həyata keçirilmək üçün yollar axtarır.

 

Lakin mən sizi əmin edirəm ki, Amerika Birləşmiş Ştatları prezident Trampın başçılığı ilə var gücü ilə İranın qarşısında dayanacaq, İranın regiona şeytani nüfuzunun qarşısını alacaqdır. Mən həm də sizə söz verirəm ki, prezident Trampın rəhbərliyi ilə Amerika heç vaxt İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN