Mayk Pens: “İran rejimi nasistlər kimi yəhudilərə nifrət bəsləyir”

Mayk Pens: “İran rejimi nasistlər kimi yəhudilərə nifrət bəsləyir”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın müavini Mayk Pens Auşvitz həbs düşərgəsini ziyarət etdiyi zaman etdiyi çıxışda deyib ki, 2-ci Dünya Müharibəsində nasistlərin etdiyi kimi, bu gün də İran rejimi yəhudilərə nifrət bəsləyir.

 

O bildirib ki,  Auşvitz həbs düşərgəsini ziyarət etməsi onu bir daha insanlara qarşı nifrət, kin-küdurət və düşmənçilik bəsləyənlərin təhdidi ilə mübarizə aparmaq üçün dünyanın azad ölkələrinin birliyini gücləndirməyə təşviq edib.

 

Qeyd edək ki, Amerika və Polşanın təşkilatçılığı ilə fevralın 13, 14-ü Varşavada Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzusunda toplantı keçirilib. 60-dan çox ölkənin qatıldığı toplantının əsas müzakirə etdiyi mövzulardan biri də İranın regionda dağıdıcı siyasəti və terrora göstərdiyi dəstək olub.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN