Mayk Pens: “İranın təhlükə yaradan təhrikçi əməlləri cavabsız qalmayacaq”

Mayk Pens: “İranın təhlükə yaradan təhrikçi əməlləri cavabsız qalmayacaq”

GünAzTV: ABŞ-ın vitse-prezidenti Mayk Pens martın 5-də Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsində (AİPAC) çıxış edərək, nüvə razılaşmasından və İranın region ölkələrinin daxili işlərinə qarışmasından danışaraq, rəsmi Tehranı terrorçu qruplaşmalara dəstəkdə günahlandırıb.

 

Pens deyib ki, İran hökuməti 2017-ci ildə terrorçu qruplaşmalara, o cümlədən də İsrail sərhədlərinə yaxın fəaliyyət göstərən terror dəstələrinə 4 milyard dollardan çox yardım edib: “Ötən ay İsrail səmasında İranın pilotsuz təyyarəsinin vurulmasının bir mesajı vardı. O da budur ki, İranın bölgədə və Orta Şərqdə təhlükə yaradan təhrikçi əməlləri, İsrail və Amerika tərəfindən cavabsız qalmayacaq.

 

İranla imzalanmış nüvə sazişinə gəlincə, hesab edirik ki, bu sazişə düzəlişlər edilməlidir. Bu onların (İran hökumətinin) sonuncu şansıdır. Əgər İranla bağlanmış bu razılaşma qarşıdan gələn aylarda islah olunmasa və ya ona düzəlişlər edilməsə, Amerika dərhal həmin sazişdən çıxacaq. Biz, bir daha bildiririk ki, Amerika İranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcək”.

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN