Mayk Pompeo BMT baş katibi ilə görüşündə İranın Yaxın Şərqdə təxribatçı fəaliyyətlərinə görə narahatlığını ifadə edib

Mayk Pompeo BMT baş katibi ilə görüşündə İranın Yaxın Şərqdə təxribatçı fəaliyyətlərinə görə narahatlığını ifadə edib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo martın 13-ü  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş ilə görüşüb.

 

Vaşinqtonda keçirilmiş görüş zamanı onlar müxtəlif mövzular, eləcə də İranın regional fəaliyyətləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Dövlət Departamentinin sözçüsünün bəyanatına əsasən, Pompeo görüş zamanı İranın BMT-nin regionda sülh və sahibliyə hesablanmış addımlarını zəiflədən təxribatçı fəaliyyətlərinə görə öz narahatlığını ifadə edib.

 

Şimali Koreyanın nüvə proqramı, Venesuelada baş verən son siyasi proseslər, eləcə də Yəməndə mövcud olan humanitar böhran tərəflərin görüş zamanı müzakirə etdikləri digər mühüm məsələlərdən olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN