Mayk Pompeo: “İranın Əl-qaidə ilə əlqələri var və Livandakı terroristlərə yardım edir”

Mayk Pompeo: “İranın Əl-qaidə ilə əlqələri var və Livandakı terroristlərə yardım edir”

GünAz TV: Dünən BMT Təhlükəsizlik Şurasının İranlın nüvə proqramı ilə bağlı keçirilmiş toplantısında Amerikan Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın terror qruplaşmalarına göstərdiyi dəstəyi kəskin tənqid edib.

 

O, İranın yürütdüyü siyasətin böyük təhlükələr yaratdığını və ölkəsinin rəsmi Tehranın ballistik raketə sahib olmasını heç vaxt qəbul etməyəcəyini bildirib.

 

Pempeo həmçinin İranın Əl-qaidə ilə əlqələrinin olduğunu və Livanda fəaliyyət göstərən terror qruplaşmalarına yardım göstərdiyini deyib.

 

ABŞ Xarici Siyasət İdarəsinin rəhbərinin sözlərinə görə, ABŞ və regiondakı müttəfiqləri İranın bu cür davranışları ilə mübarizə aparmaq üçün koalisiya yaradıb.

 

İranın Yəmənə müdaxiləsinə də toxunan Pompeo bildirib ki, rəsmi Tehranın husilərə raket və silah verdiyi barədə əllərində sübutlar var.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN