Mayk Pompeo: “Səudiyyə Ərəbistanının neft təsisatlarına hücum İranın işidir. Bu bir hərbi addımdır”

Mayk Pompeo: “Səudiyyə Ərəbistanının neft təsisatlarına hücum İranın işidir. Bu bir hərbi addımdır”

GünazTV: Sentyabrın 18-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnaqlistlərə açıqlamasında Aramco neft təsisatlarına hücumun İran tərəfindən gerçəkləşdirilməsini bildirib.

 

Pompeo deyib ki, hücumların İraq ərazisində həyata keçirildiyi barədə heç bie sənəd yoxdur: “Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumlar İranın işidir. Bu isə Səudiyyə Krallığına qarşı açıq-aşkar hərbi bir addımdır. Biz İran İslam Respublikasının təhdid dolu rəftarına dözməyəcəyik” -deyə Mayk Pompeo əlavə edib.

 

ABŞ-ın Dövlət Departamentinin rəhbəri həmin gün Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşündən sonra “Twitter” səhifəsində paylaşdeığı bir yazıda həmin görüşün detallarını açıqlayıb: “Bu gün Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşüb bu ölkənin neft təsisat və infrastrukturuna qarşı edilən misili görünməmiş hücumlar barədə söyhbət etdim. Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanının yanında dayanıb və bu ölkənin özünü müdafiə etmək haqqını dəstəkləyir” -deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xurais neft təsisatlarında güclü yanğın baş verib, neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN