Mayk Pompeo Şimali Koreyaya səfər edəcək

Mayk Pompeo Şimali Koreyaya səfər edəcək

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeonun gələn həftə Şimali Koreyaya səfər edəcəyi bildirildi.

 

ABŞ-ın "Financial Times" qəzetinin yaydığı xəbərə görə, səfərdə Şimali Koreyanın nüvə silahlarından təmizlənilməsi məsələsi müzakirə olunacaq.

 

Pompeonun səfər səbəbindən 6 iyulda Vaşinqtonda hindistanlı həmkarı ilə olan görüşünü ləğv etdiyi qeyd edilir.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In iyunun 12-də Sinqapurda bir araya gəlmişdilər. TRT

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN