Mayk Pompeo: “Tramp, körfəz ölkələri ilə İsrailin İrana qarşı birgə koalisiyasını yaratmaqdadır”

Mayk Pompeo: “Tramp, körfəz ölkələri ilə İsrailin İrana qarşı birgə koalisiyasını yaratmaqdadır”

GünAzTV: İyulun 20-də Aspen təhlükəsizlik forumunun illik mərasimində çıxış edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo İranın Amerikaya qarşı təhdidindən və Tehrana qarşı formalaşmaqda olan beynəlxalq koalisiyadan danışıb.

 

Öz çıxışında İran və Rusiya məsələsinə, eləcə də Suriyada yaşanan böhrana toxunan Mayk Pomeo bildirib ki, Donald Tramp hökuməti İranın bölgədə yürütdüyü ekspansionist siyasətinin qarşısını almaq üçün Vaşinqtonun Tehranla bağlı siyasətində ciddi dəyişikliklər etməkdədir: “Biz buna başlamışıq və ABŞ prezidenti Donald Tramp ilk addımda, müştərək bir platforma əsasında körfəz ölkələri ilə İsrailin İrana qarşı birgə koalisiyasını yaratmaqdadır. ABŞ-ın yeni strategiyasının icrasına başlanılmasından sonra siz həmin dəyişiklikləri görəcəksiniz”.

 

İranın Tehrandan Beyruta qədər bir “şiə hilalı” yaratmaq cəhdinə toxuan Pompeo qeyd edib ki, bütün bunlar, İranın Orta Şərqdə hegemonluğu öz əlinə almağa göstərdiyi cəhdin bir nümunəsidir: “İran, regionda Amerika və İsrailə və onların mənafeyinə qarşı ciddi bir təhdiddir. Bunun isə qarşısı alınmalıdır”.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN