Məhəmməd Bin Salman: “İranın hər 1 barel neftinin yerinə 2 barel neft ixrac edəcəyik”

Məhəmməd Bin Salman: “İranın hər 1 barel neftinin yerinə 2 barel neft ixrac edəcəyik”

GünAzTV: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman oktyabrın 5-də “Bloomberg” agentliyinə müsahibəsində Amerikanın İran neftinin satışına qoymağa hazırlaşdığı sanksiyadan və ölkəsinin ixrac etdiyi neftin həcmini artıracağından danışıb.

 

O bildirib ki, İran neftinin satışına məhdudiyyətlər tətbiq ediləcəyi təqdirdə, Səudiyyə Krallığı və onun tərəfdaşları müştərilərin neftlə bağlı bütün ehtiyacını təmin edəcəklər: “Amerika Səudiyyə Ərəbistanından və “OPEC” üzvü olan digər ölkələrdən istəyib ki, İran tərəfindən bazara çıxarılan neftin çatışmazlığını kompensasiya etsinlər. Biz isə İranın ixrac edə bilməyəcəyi hər 1 barel neftinin yerinə 2 barel neft ixrac edəcək, bazarıın ehtiyacını tam təmin edəcəyik.

 

Ötən ay neftin qiymətində baş verən artım İran məsələsi ilə əlaqədar deyildi. Bu, Kanada, Liviya, Venessuella və digər ölkələrdə baş verən bəzi problemlərlə bağlıdır. İran gündəlik neft istehsalını 700 min barelə endirib. Biz isə gündəlik ixrac etdiyimiz neftin həcmini 1.5 milyon barel artırmışıq”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN