Məhəmməd Bin Salman: “Xamneyi Orta Şərqin yeni Hitleridir”

Məhəmməd Bin Salman: “Xamneyi Orta Şərqin yeni Hitleridir”

GünAzTV: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman noyabrın 23-də Amerikanın “Nyu-York Tayms” qəzetinə müsahibəsində İranın dini lideri Əli Xamneyiyə qarşı indiyə qədər misli görünməmiş sərt bəyanatlar səsləndirib.

 

Özünün daxili və xarici siyasətini şərh edərkən, Səudiyyə Krallığında korrupsiya və fəsada qarşı balşatdığı mübarizəyə, ölkənin siyasi, ictimai və iqtisadi sahələrində aparmağa başladığı geniş islahatlara toxunan Məhəmməd Bin Salman, İranda hakimiyyətdə olan radikal şiə ruhanilərin, o cümlədən də Əli Xamneyinin region üçün təhlükəsindən danışıb.

 

Əli Xamneyini Orta Şərqin “yeni Hitleri” adlandıran 32 yaşlı vəliəhd Bin Salman bildirib ki, İranın bölgədə yürütdüyü dağıdıcı ekspansionist və dini ekstremist siyasətinin qarşısını almaq üçün Orta Şərqdə regional bir koalisiya formalaşmaqdadır: “Təcrübə göstərib ki, İrandakı yeni Hitlerlə sazişə girib onu razı salmaq və ona güzəştə getmək siyasəti uğursuz alınıb və bu yolda göstərilən bütün cəhdlər nəticəsiz qalıb.

 

Bizim avropalıların İkinci Dünya Müharibəsindəki təcrübəsindən öyrəndiyimiz odur ki, bu işdə saziş etmək və belə bir şəxs qarşısında güzəştə getmək siyasəti nəticə verməyəcək. Daha doğrusu, biz İranda peyda olmuş yeni Hitlerlə saziş etməyimizlə İkinci Dünya Savaşında Avropada baş verənlərin Orta Şərqdə təkrar olunmasını istəmirik və buna yol verməyəcəyik”.

 

 Qeyd edək ki, İranın Yəməndə dəstəklədiyi radikal şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına ballistik raket atmasından sonra Tehranla Ər-Riyad arasındakı münasibətlər daha da gərginləşib. İranda istehsal edildiyi bəlli olan həmin raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN