Məhəmməd Pakpur: “Səudiyyə Ərəbistanı “Ceyş ül- Ədl”ə silah və hərbi avadanlıq verib

Məhəmməd Pakpur: “Səudiyyə Ərəbistanı “Ceyş ül- Ədl”ə silah və hərbi avadanlıq verib

GünazTV: “Sepah” terror Təşkilatının quru qüvvələrinin komandanı Məhəmməd Pakpur fevralın 18-də jurnalistlərə açıqlamasında rejimə qarşı silahlı mübarizə aparan yerli sünni məzhəbli müxalif bəlucların “Ceyş ül-Ədl” (Ədalət ordusu) təşkilatından danışıb.

 

Pakpur öz açıqlamasında Səudiyyə Ərəbistanını və bəzi digər dövlətləri müxalif bəlucları və İrandakı digər sünniləri silahla təmin etməkdə günahlandırıb: “Səudiyyə Ərəbistanı bu günə qədər üç təyyarənin yükü qədər ölkəmizin cənub-şərq bölgəsində fəaliyyət göstərən terrorçulara silah və hərbi avadanlıq verib.

 

Bu gün, “Ceyş ül-Ədl”, “Pjak”, “Komole” və “Demokrat” kimi qrupların əlində modern silahlar var. Bu isə onların Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatları və onların regional müttəfiqlərinin hər tərəfli himayə və yardımlarından bəhrələndiyini göstərir.

 

Lakin bunlara baxmayaraq, “Sepah” hazırda ölkənin şimal-qərb, qərb və cənub-şərq sərhədlərində həmin qrupların qarşısında dayanaraq ölkə sərhədlərini qoruyub.

 

Qeyd edək ki, əsas hərbi bazaları Pakistan ərazisində olan “Ceyş ül-Ədl” təşkilatı İranın sünni məzhəbli bəluclarının dini və milli haqları uğrunda silahlı mübarizə apardığını bildirir. Son illər “Ceyş ül-Ədl” yaraqlıları ilə hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan öldürülüb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN