Məhəmməd Xatəmi: “Ruhaninin seçkilərdə qalib gəlməməsi, ölkənin dünya birliyindən ticrid olunması ehtimalını gücləndirəcək”

Məhəmməd Xatəmi: “Ruhaninin seçkilərdə qalib gəlməməsi, ölkənin dünya birliyindən ticrid olunması ehtimalını gücləndirəcək”

GünAzTV: İranın keçmiş prezidenti Məhəmməd Xatəmi mayın 3-də İslahatçıların Siyasətini Təyin edən Ali Şura üzvləri ilə görüşərək qarşıdan gələn prezident seçkilərindən və indiki prezident Həsən Ruhanidən danışıb.

 

İslahatçıları və əhalini prezidentliyə namizədlər arasında Həsən Ruhaniyə səsverməyə çağıran Xatəmi bildirib ki, Ruhaninin ikinci dəfə prezidentliyə seçilməməsi, ölkənin beynəlxalq arenadakı imicinin itirilməsi ilə nəticələnə bilər: “Ruhaninin seçkilərdə qalib gəlməməsi, onun yenidən prezident vəzifəsinə seçilməməsi, İranın dünya birliyindən ticrid olunması və ölkəyə qarşı beynəlxalq sanksiyaların bərpası ehtimalını gücləndirəcək.

 

Bizim müxtəlif səbəblərdən asılı olaraq prezidentliyə yeganə namizədimiz Həsən Ruhanidir. Elə buna görə də hesab edirəm ki, ölkənin və xalqın məsləhəti və mənafeyi, indiki prezident Həsən Ruhani hökumətinin davam etdirilməsindədir və biz buna çalışmalıyıq. Əks təqdirdə, Ruhanidən əvvəlki ağır şəraitin yenidən geri qayıtması ehtimalı çox böyükdür”.

 

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

 

Seçkilərdə 6 namizəd (Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba qatılıb) prezidentlik uğrunda bir-biri ilə rəqabət aparacaq.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN