Məhəmmədəli Cəfəri: “Region ölklərində silahlı müqavimət özəkləri yaradılıb”

Məhəmmədəli Cəfəri: “Region ölklərində silahlı müqavimət özəkləri yaradılıb”

GünAzTV: İran İnqilab Keşikçilər Korpusunun “Sepah” baş komandanı Məhəmmədəli Cəfəri noyabrın 26-da “Bəsic” qüvvələrinin Xomeyni məqbərəsində keçirilən toplantısında çıxış edərək onların islam respublikasının müdafiəsində oynadığı rolundan və bölgədəki “müqavimət cəbhəsi”nə yardımından danışıb.

 

“Sepah”ın baş komandanı deyib ki, onun başçılıq etdiyi qurumun nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının təcrübəsi digər ölkələrə nümunə olub və ona bənzər dəstələr başqa-başqa ölkələrdə də yaradılıb: “Bəsic, region millətlərinin, o cümlədən də Livanda “Hizbullah”ın, İraqda isə Həşdi-Şəəbi qüvvələrinin simvoluna çevrilib. Bu, Yəməndə və digər ölkələrdə də belə olub və “Bəsic”ın təcrübəsi artıq onların ixtiyarına qoyulub.

 

Bu gün, region ölklərində silahlı müqavimət özəkləri yaradılıb və “Bəsic”in təsiri altında digər ölkələrdə də kiçik müqavimət dəstələri formalaşıb və yaxın gələcəkdə biz onların buraxacağı təsiri görəcəyik. Bizim savaşımız əqidə savaşıdır. Bu savaş coğrafiya və sərhəd tanımır. Necə ki, Suriyada düşmənə qarşı aparılan mübarizəyə müsəlman ölkələrindən çoxlu könüllülər qatıldılar.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN