Məhkəmədə zəhər içən xorvat general ölüb - VİDEO

Məhkəmədə zəhər içən xorvat general ölüb - VİDEO

GünAz TV: Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında qərar açıqlandıqdan sonra xorvat general Slobodan Pralyak zəhər içib, onun artıq öldüyü bildirilir.

 

S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi, apellyasiya isə birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

 

Məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən S. Pralyak hakimə zəhər qəbul etdiyini bildirib.

 

"Mən zəhər içdim. Mən günahkar deyiləm, bu qərara etiraz edirəm", deyə hakimə müraciətində deyib.

 

Hakim Carmel Agius dərhal məhkəməni bağlı elan edib, salona  həkim çağırılıb.

 

Mediada yayılan məlumatagörə, həkimlərin səylərinə baxmayaraq, generalın həyatını xilas etmək mümkün olmayıb. Onun içdiyi zəhərin güclü təsirə malik olduğu bildirilib.

 

Video:

https://www.youtube.com/watch?v=AdQsDopZfS4

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN