Mərakeş İranla diplomatik əlaqələrini kəsib. İran səfiri ölkədən qovulub

Mərakeş İranla diplomatik əlaqələrini kəsib. İran səfiri ölkədən qovulub

GünAzTV: Mərakeş xarici işlər naziri Nasir Bureyta mayın 1-də jurnalistlərə açıqlamasında İranla bütün diplomatik əlaqələrini kəsdiklərindən danışıb.

 

İranı və onun dəstəklədiyi Livan “Hizbullahı”nı Mərakeşin daxili işlərinə qarışmaqda və bölücü Polisario Cəbhəsi qüvvələrini silahlandırmaqda günahlandıran mərakeşli nazir bildirib ki, rəsmi Rabat Tehranla bütün diplomatik əlaqələrini kəsərək, İran səfirini ölkədən qovub: “İran və onun müttəfiqi olan Livan “Hizbullah”ı, bölücü Polisario Cəbhəsi qüvvələrini silahlandırır, onlara hərbi təlimlər keçir, hərtərəfli yardım edirlər. Məhz buna görə də, bizim Tehrandakı səfirliyimizi bağlamaqdan, İranla diplomatik əlaqələrimizi kəsməkdən başqa yol və çarəmiz qalmayıb”.

 

Həmçinin, “Əlcəzirə” telekanalının məsələ ilə bağlı yaydığı məlumatda bildirilir ki, Livan “Hizbullah”ının son vaxtlar Polisario Cəbhəsinə “yer-göy” raketləri verməsi də İranın Əlcəzayirdəki səfirliyinin icazəsi və yaşıl işığı ilə mümkün olub.

 

                                            Mərakeş xarici işlər naziri Nasir Bureyta

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN