Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı

Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı

GünAz TV: Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.

 

Trend-in məlumatına görə, kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: "Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir" deyə o bildirib.

 

Kansler əlavə edib ki, Almaniyanın təhlükəsizliyi Bundesverin(Almaniyanın silahlı qüvvələri) iştirakı ilə təmin olunur, buna görə silahlı qüvvələr inkişaf üçün lazımı maliyyə mənbələrini almalıdırlar.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN