Merkel: “Avropanın körfəzdə donanma yaratması məsələsi müzakirəyə çıxarılacaq”

Merkel: “Avropanın körfəzdə donanma yaratması məsələsi müzakirəyə çıxarılacaq”

GünAz TV: Almaniya baş kansleri Angela Merkel bildirib ki, Avropanın körfəzdə hərbi donanma təşkil etməsi məsələsi Avropa Birliyinə üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin Finlandiyada keçiriləcək qeyri-rəsmi görüşündə müzakirəyə çıxarılacaq.

 

Merkel qeyd edib ki, bu günə qədər heç bir yerdə bu barədə müzakirə aparılmayıb. Buna görə də, o, sözügedən toplantıda koalisiyanın təşkil ediləcəyi xüsusunda danışıqların aparılacağını düşündüyünü əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Aİ-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin görüşü avqustun sonunda Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

 

Xatırladaq ki, Britaniyaya məxsus gəmi körfəzdə “Sepah” terror təşkilatı tərəfindən saxlandıqdan sonra bu ölkə Avropa ölkələrinə gəmilərin həmin bölgədə sərbəst hərəkətinin təşkil edilməsi üçün hərbi donanma qurmağı təklif etmişdi.

 

Bundan öncə isə Amerika oxşar təkliflə dünya ölkələrinə müraciət etmişdi. Rəsmi London ötən həftə Amerikanın başçılıq etdiyi koalisiyaya qoşulacağını bəyan edib. Almaniya isə bu ABŞ-ın təklifinə müsbət cavab verməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN