Merkel Putin və Ərdoğanla danışdı:“Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik"

Merkel Putin və Ərdoğanla danışdı:“Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik

GünAz TV: Almaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

 

Bu barədə A.Merkel RTL və N-TV telekanallarına müsahibəsində bildirib.

 

“Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik. Bu, ən başlıca vəzifəmizdir. Bu mövzunu Ərdoğan və Putinlə müzakirə etmişik”, – kansler bildirib.

 

A.Merkelin fikrincə, İdlib əyalətində vəziyyət birmənalı deyil, çünki bir tərəfdən radikal qruplarla mübarizə aparılmalı, digər tərəfdən də dinc əhali qorunmalıdır. Report

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN