Merkel Türkiyənin Aİ üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması məsələsini qaldıracaq

Merkel Türkiyənin Aİ üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması məsələsini qaldıracaq

GünAz TV: Almaniya Avropa İttifaqının növbəti sammitində Türkiyənin təşkilata üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması məsələsinin müzakirəsini təklif edəcək.
 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Almaniya federal kansleri Angela Merkel Bundestaqda çıxışında deyib.


"Mən Avropa İttifaqının növbəti zirvə toplantısında Türkiyə ilə münasibətlərin gələcəyini, o cümlədən üzvlük müzakirələrinin dayandırılması və ya təxirə salınması məsələsini nəzərdən keçirməyi təklif edəcəyəm", - deyə o, bildirib.


Xatırladaq ki, Almaniya Türkiyəyə Aİ fondlarından və təşkilata bağlı maliyyə qurumları tərəfindən maddi yardımlar və kreditlər ayrılmasının məhdudlaşdırılması məsələsini də qaldırıb. Səbəb Türkiyədə bir neçə Almaniya vətəndaşının həbs olunmasıdır. Ümumilikdə Aİ Ankaranı insan haqları pozuntularında itiham edir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN