Məşhəd, Zəncan, Xürrəmabad və Bürucerd şəhərlərində biri qadın olmaqla daha 4 nəfər dara çəkilib

Məşhəd, Zəncan, Xürrəmabad və Bürucerd şəhərlərində biri qadın olmaqla daha 4 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 4 nəfər edam edilib. Edamlar Məşhəd, Zəncan, Xürrəmabad və Bürucerd şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, beş il əvvəl baş verən kütləvi bir davada qətl törədən və adı mediaya bəlli olmayan 24 yaşlı bir gənc, sentyabrın 18-i sübh saatlarında İranın Məşhəd şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Sentyabrın 19-da isə eyni ittihamla Zəncan şəhərində bir qadın edam edilib. Adı mediaya açıqlanmayan həmin qadın, gizli şəkildə iki kişi ilə cinsi əlaqəyə girərək onlardan birinin yardımı ilə öz ərini zəhərləyərək qətlə yetirməkdə günahlandırılıb.

 

Qətl ittihamı ilə digər şəhərlərdə  daha 2 nəfər edam edilib. Müttəhimlərdən biri (Hüseyn Dalvənd) sentyabrın 18-də İranın Bürucerd şəhərinin həbsxanasında, digər müttəhim (Hacı Səbzəli) isə sentyabrın 19-da Xürrəmabad şəhərinin Parsilon həbsxanasında dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M  


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN