Məşhəddə axır çərşənbə mərasimində tutulan 80 nəfər küçələri süpürməyə məhkum edilib

Məşhəddə axır çərşənbə mərasimində tutulan 80 nəfər küçələri süpürməyə məhkum edilib

GünAzTV: Məşhəd inqilab prokurorunun müavini Hadi Şəriət martın 15-də jurnalistlərə aqçıqlamasında axır çərşənbə mərasimində tutulanlara verdikləri cəzadan danışıb.

 

Hadi Şəriət bildirib ki, tutulan gənclər, ictimai asayişi pozmaqda, vətəndaşlar arasında qorxu və vəhşət hissi salmaqda və şəhərə vurduqları maddi ziyana görə şəhər küçələrini süpürməyə məhkum edilib: “Bu hökm, ona görə çıxarılıb ki, tutulan şəxslər şəhərə vurduqları zərər-ziyandan xəbərdar olsunlar və şəhəri təmizləməyə məcbur edilsinlər. Tutulanlar həmçinin gələn illərdə, yəni  növbəti axır çərşənbə mərasimindən bir gün əvvəl tutularaq mərasimin sonuna qədər həbsdə saxlanılacaqlar”.

 

Məşhədin prokuror müavini bildirib ki, builki axır çərşənbə mərasimində gənclərin şənlənmək məqsədilə şəhərin müxtəlif yerlərində cürbəcür alovlandırıcı və partlayıcı maddələrdən istifadə etməsi nəticəsində 11 yanğın hadisəsi qeydə alınıb.

 

İran polisinin bildirdiyinə görə builki çərşənbə mərasimində ölkənin müxtəlif şəhərlərində ümumilikdə 1389 kişi və 48 qadın tutulub.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN