Məşhəddə biri qadın olmaqla daha 2 məhkum edam edilib

Məşhəddə biri qadın olmaqla daha 2 məhkum edam edilib

GünazTV: İranın Məşhəd şəhərində qətldə günahlandırılan daha 2 məhkum edam edilib. Ölüm hökmü dörd gün əvvəl icra olunsa, da bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl naməlum səbəbə görə 52 yaşlı bir qadını qətlə yetirən Məryəm və Mehdi adlı məhkumlar dekabrın 8-i sübh saatlarında Məşhəd şəhərinin zindanında dara çəkiliblər. Edam edilənlərin soyadları mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN