Məşhəddə daha 1 gənc məhkum dara çəkilib

Məşhəddə daha 1 gənc məhkum dara çəkilib

GünazTV: İranda cinsi təcavüzdə və qətldə günahlandırılan daha 1 məhkum edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, səkkiz il əvvəl Ferdos şəhərində cinayət törədərkən 18 yaşı olan məhkum, bir qız uşağını aldadaraq ətraf bağlardan birinə aparıb zorladıqdan sonra qətlə yetirməkdə təqsirli bilinib. Cinayəti törətdikdən üç həftə sonra vicdan əzabı çəkdiyinə görə könüllü olaraq özünü polisə təslim edən qatil edama məhkum olunsa da, ölüm hökmünün icrası naməlum səbəbə görə təxirə salınmışdı.

 

Adı mediaya açıqlanmayan məhkum, noyabrın 17-si sübh saatlarında Məşhədin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN