Məşhəddə dinc etirazçılarla rejim qüvvələri arasında qarşıdurma yaranıb - VİDEOLAR

Məşhəddə dinc etirazçılarla rejim qüvvələri arasında qarşıdurma yaranıb - VİDEOLAR

GünAzTV: Fevralın 11-də (22 Bəhmən) islam inqilabının 40-cı ildönümü günündə, İranın Məşhəd şəhərində molla rejiminə qarşı şüarlar səsləndirən dinc etirazçılarla hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb.

 

Şəhərin iri parklarından biri sayılan "Millət parkı"nda toplaşaraq “Diktatora ölüm” və “Xamneyiyə ölüm” şüarları səsləndirən minlərlə dinc etirazçı rejim qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə, hər iki tərəf arasında qarşıdurma yaranıb. Hökumət qüvvələri, aksiyaçılardan birini tutub aparmaq istəyəndə, bunu görən qəzəbli etirazçılar polis qüvvələrinə hücum edərək həmin şəxsi onların əlindən xilas ediblər. Etirazlarda həbs edilənlər barədə hər hansı bir məlumat yayılmayıb.

 

Hazırda Məşhəddə vəziyyətin gərgin olduğu, hökumətin motosiklet sürən qüvvələrinin şəhərin əsas küçə və meydanlarında nəzarəti ələ götürdüyü bildirilir. Qeyd edək ki, Məşhəd, İranın iki mühüm dindar şəhərindən biri sayılır.

 

 

Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb.

 

Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.

 

VİDEOLAR:

 

Məşhəd, Millət parkı (sübh saatları) 1

 

Məşhəd, Millət parkı (günorta saatları) 2

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN