Məşhəddə gecə qonaqlığına qatılan daha 60 qadın və kişi tutulub

Məşhəddə gecə qonaqlığına qatılan daha 60 qadın və kişi tutulub

GünAzTV: İranın iki dindar şəhərindən biri sayılan Məşhəddə, gecə qonaqlığına qatılan daha 60 qadın və kişi həbs edilib. Bu barədə, Məşhəd prokurorunun müavini Həsən Heydəri martın 13-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, şəhərin ətraf bağ evlərinin birində onlarla qadın və kişinin bir yerə toplaşaraq birlikdə şənlik etməsi barədə onlara məlumat daxil olan kimi, Məşhədin əxlaq təhlükəsizliyi polisinin əməkdaşları dərhal hərəkətə keçərək həmin evdə əməliyyat keçiriblər: “Polis əməkdaşları həmin bağ evinə daxil olarkən 60 qadın və kişi yarı çılpaq və içkili şəkildə birlikdə rəqs edirdilər. Tutulanlardan 38-i qadın, 22-si kişidir. Həmçinin, bağ evində axtarış aparılıb, alkoqollu içkilər, musiqi alətləri və 20 ədəd avtomobil aşkarlanaraq götürülüb. Tutulanlar polis bölməsinə aparılıb və hazırda dindirilir”.

 

                              Məşhəd prokurorunun müavini Həsən Heydəri

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 1910 nəfər həbs edilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN