Məşhədin imam cüməsi: “Xalq yeməyə ət tapmır, çıxış yolu tapın!”

Məşhədin imam cüməsi: “Xalq yeməyə ət tapmır, çıxış yolu tapın!”

GünAz TV: Məşhədin imam cüməsi Əhməd Ələmülhuda fevralın 22-də cümə xütbəsi zamanı ölkə rəsmilərini kəskin tənqid edib.

 

O bildirib ki, “Ölkə əhalisi yeməyə ət tapmır. Xalqı Sepahının 3 günə intiqam alacağı ilə bağlı şüar səsləndirən bir ölkədə bu hal qəbuledilməzdir”.

 

Qeyd etmək lazımdır ki, İranda son aylar ərzində ətin qiymətində kəskin yüksəlmə müşahidə olunub. Hətta bəzi rayonlarda mal və qoyun ətinin 120 min tümənə qədər yüksəldiyi barədə məlumatlar yayılır. Rəsmilər isə bunun səbəbinin ət qaçaqmalçılığı olduğunu bildirirlər. Onların sözlərinə görə, iri və xırda buynuzlu heyvanlar ölkə sərhədlərindən qaçaq yolla başqa ölkələrə aparıldığından, İran daxilində ətə təlabat çoxalıb. Bu isə öz növbəsində daxili bazarı təmin etməkdə çətinliklər yaradıb.

 

Rəsmilərin bu sözlərini də kəskin tənqid edən Məşhədin axundu deyib: “sərhədlər kimin əlindədir? Necə olur ki, sərhədlərdə qaçaqmalçılıq baş alıb gedir? Siz korsunuz? Məgər sizin qaçaqmalçılıqla mübarizə üçün imkanlarınız və qərargahınız yoxdur? Bu həddə olan zəiflik xalqı Sepahının 3 günə intiqam alacağı ilə bağlı şüarlar səsləndirən ölkədə qəbuledilməzdir”.

 

İranın ət ticarəti ilə məşğul olan iş adamları da bahalaşmanın və çatışmazlığın səbəbinin ölkənin qərb və cənub bölgələrində mövcud olan qaçaqmalçılıq olduğunu bildirirlər. Xatırladaq ki, tez-tez müxtəlif media orqanlarında İran ordusu və “Sepah”ın ölkə sərhədlərində qaçaq ticarətlə məşğul olduğu barədə məlumatlar yayılır. Bu səbəbdən heyvan qaçaqmalçılığında da bu iki qurumun əlinin olması istisna deyil.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN