Məsud Pezeşkiyan: “Bu şüarı verənlərin Azərbaycan əhalisi arasında yeri yoxdur”

Məsud Pezeşkiyan: “Bu şüarı verənlərin Azərbaycan əhalisi arasında yeri yoxdur”

GünAzTV: İran parlamenti sədrinin canişini, Türkdilli Bölgələr Fraksiyasının rəhbəri Məsud Pezeşkiyan jurnalistlərə açıqlamasında dekabrın 9-da Tehranın Azadlıq stadionunda Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” takımı arasında keçirilən görüşdə ”Traxtur” tərəfdarlarının səsləndirdiyi “Ərəb körfəzi” şüarına münasibət bildirib.

 

Məsud Pezeşkiyan bildirib ki, “Traxtur” tərəfdarlarının (azarkeşlərinin) səsləndirdiyi şüarlar, ölkənin məsləhətinə zidd qanunsuz şüarlardır: “Bu ölkənin izzət və ərazi bütövlüyünə göz yummaq istəyənlər, dilindən, geyimindən və ictimai mövqe və yerindən asılı olmayaraq səhvə yol verirlər. Bu şüarları səsləyənlər başqalarına bağlı adamlardır və sözsüz ki, onların Azərbaycan əhalisi arasında yeri yoxdur. Biz bu məmləkəti, bu qanunu və bu cəmiyyəti istəyirik. Azərbaycan bu ölkəyə, başqa əyalətlərdən çox xidmət etməyibsə, az da etməyib. İctimai mövqeyindən asılı olmayaraq hər hansı bir bəhanə ilə bu ölkənin ərazi bütövlüyünü sual altına qoyan hər həs, qanuna zidd addım atır. Bu isə qəbuledilməzdir.

 

Şəxsən mən, heç bir vəchlə bu şüarı və onu səsləndirdirən adamları istər fikir, istərsə də qanun və ya siyasi baxımdan qəbul etmirəm. Çünki azərilər özlərini bu məmləkətdən və bu diyardan sayırlar. Başdan-başa İran coğrafiyası, bizim məmləkətimiz və torpağımızdır. Bizm atalarımız və əcdadlarımız bu torpaqlarda olublar. Elə buna görə də bu ölkə üçün əlimizdən gələni əsirgəməyəcəyik. Hesab edirəm ki, bu mövzunun Azərbaycana heç bir dəxli yoxdur. Sadəcə olaraq bəziləri stadion kimi məkanlardan su-istifadə etməyə çalışırlar. Düşünürəm ki, aidiyyətli qurumlar bu məsələni araşdırmalı və bu işdə rolu olanlar qarşısında tədbir görməlidirlər. Bir dqaha qeyd edirəm ki, heç kəsin ixtiyarı yoxdur ki, ictimai bir məkanda ölkə siyasətlərini və onun bütövlüyünü sual altına qoysun. Çünki bu səhv işdir.

 

Bütün azərilər “Traxtur” komandasını sevirlər. Mən özüm də, “Traxtur”un oyunu olanda, Təbrizdə olsam, hökmən stadiona gedib yarışı yaxından izləyərəm. Lakin bu o demək deyil ki, biz “Traxtur” adı və bəhanəsi ilə ölkəni sual altına qoyaq və düşmənin istədiyi sözləri danışaq. Çünki düşmənimizin dediyini təkrar edən hər kəs bizim düşmənimizdir”.

 

Xatırladaq ki, dekabrın 9-da Tehranın “ Azadlıq” stadionunda İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində Təbrizin “Traxtur” komandası ilə Tehranın “İstiqlal” takımı arasında görüş keçirilib. Görüş, 2:1 hesabı ilə Təbriz komandasının xeyrinə yekunlaşıb.

 

Görüş zamanı rəqib komandanın Təbriz komandasına qarşı təhqiramiz şüarlarının səsləndirdiyini və onların etik qaydalara zidd bəzi yüngül hərəkətlərini görən “Traxtur” tərəfdarları, “21 Azər” hərəkatının ildönümü ilə bağlı milli şüarlar, eləcə də “Ərəb körfəzi” şüarını səsləndiriblər.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN