Mirhüseyn Musəvinin xanımı məcburi hicaba qarşı çıxaraq baş örtüyünü açan qadınlara dəstək verib

Mirhüseyn Musəvinin xanımı məcburi hicaba qarşı çıxaraq baş örtüyünü açan qadınlara dəstək verib

GünAzTV: İranda 7 ildir ev dustaqlığında saxlanılan “yaşıl hərəkat”ın lideri Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd, rejimin məcburi hicab siyasətinə qarşı çıxaraq, küçələrdə baş örtüyünü açan qadınlara dəstək verib.

 

Yayılan məlumatlara əsasən, Mirhüseyn Musəvi ilə birlikdə həbsdə saxlanılan Zəhra Rəhnəvərd, məcburi hicabla müxalif olduğunu, ötən həftə qızı ilə üzbəüz görüşündə bəyan edib. O, bir neçə gün əvvəl küçədə baş örtüyünü açdığına görə polis tərəfindən hündürlükdən aşağıya itələnən və bədən xəsarəti alan bir qadından çəkilmiş şəkillərdən ilham alaraq həmin səhnəni bir qrafik əsərinin mövzusu seçib və bu əsəri qızına verib. Çəkdiyi qrafik əsərin altında isə o məcburi hicaba qarşı olduğunu yazıb.

 

Qızı ilə görüşündə Zəhra Rəhnəvərd bildirib ki, bu gün qadınlara qarşı tətbiq edilən ayrı-seçkilik və onlara göstərilən zalimanə rəftar, ölkədə qadınların hüquqlarının qorunması üçün qanunların olmaması ilə əlaqədardır. O, həmçinin ölkə qadınlarının hüquqlarının tanınması uğrunda daha ciddi fəaliyyət aparılmasının vacibliyini vurğulayıb.

 

                                                               Zəhra Rəhnəvərd

 

Qeyd edək ki, Mirhüsen Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubi, 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulublar. Həmin seçkilərdə, Musəvi və Kərrubi prezidentliyə əsas namizədlərdən olublar. İranın dini lideri, axund Əli Xamneyinin seçki saxtakarlığına etiraz bildirən hər üç şəxs, mühakimə olunmadan və barələrində hər hansı bir həbs qərarı çıxarılmadan, 2011-ci ilin fevral ayından ETTELAAT-ın birbaşa nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN