Misir ordusu 30 terrorçunu zərərsizləşdirib

Misir ordusu 30 terrorçunu zərərsizləşdirib

GünAz TV: Misirin hüquq-mühafizə orqanlarının əməkdaşları antiterror əməliyyat zamanı 30 terrorçunu məhv edib.

 

Bu barədə "Sky News Arabia” məlumat yayıb.

 

Qeyd olunub ki, terrorçular Sinay yarımadasının mərkəzi hissəsində yerləşən Ər-Risan kəndində məhv edilib.

 

Bundan başqa, Misir ordusu məscidə hücumda istifaedə edilən bir neçə avtomobili məhv edib. Hazırda güc strukturları terrorçuların dayaq məntəqələrinin axtarışlarını davam etdirir.

 

Qeyd edək ki, terrorçuların Sinay yarımadasında məsciddə etdiyi hücum zamanı 255 nəfər qətlə yetirilib. Onların dəfn olunması bütün gecə davam edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN