Misirdə kilsələr partladılıb, çox sayda ölü və yaralı var

Misirdə kilsələr partladılıb, çox sayda ölü və yaralı var

GünAz TV: Bu gün Misirdə ardıcıl partlayışlar baş verib. İlk partalyış Tanta şəhərindəki Mar-Qirqis kilsəsi yaxınlığında, ardınca isə kilsənin içərisində törədilib.

 

Bu partlayışlar zamanı 30 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib.

 

Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir mətbuatı partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

 

Bir qədər əvvəl isə Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış törədilib. Nəticədə 6 nəfər həlak olub, 40-dan artıq insan yaralanıb.

 

Bu arada "Al-Vatan" qəzeti kilsədə partlayış nəticəsində 8 nəfərin öldüyünü yazıb. Həlak olanlardan 3-ü polis əməkdaşıdır. Onların arasında İsgəndəriyyə Cinayət Axtarış İdarəsinin rəisi də var.

 

İlkin məlumatlara görə, partlayışı intiharçı-terrorçu həyata keçirib. Misir mətbuatının məlumata görə, partlayış zamanı patriarx İkinci Teodor kilsəsində olub, amma o, xəsarət almayıb.

 

Yayılan son məlumatlara görə, terrorçu-kamikadzelərin törətdikləri partlayışlar nəticəsində 46 nəfər ölüb, 100-dən çox insane yaralanıb.

 

Misir hökuməti törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN