Misirdə məscidə yüzlərlə insan güllələnib / 15 terrorçu öldürülüb

Misirdə məscidə yüzlərlə insan güllələnib / 15 terrorçu öldürülüb

GünAz TV: Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı artıb.

 

Misirin baş prokurorluğunun yaydığı məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 235 nəfərdir, 109 insan müxtəlif dərəcəli xəsarət alıb.

 

Terrorçular cümə namazı zamanı dörd maşında Əl-Rauda məscidini mühasirəyə alıblar. Sonra məscidə daxil olaraq insanların arasında partladıcı qurğunu işə salıblar. İnsanlar qaçıb bayıra çıxmaq istəyəndə isə onları nizamsız atəşə tutublar.

 

“SkyNews Arabia” telekanalı isə məscidə hücum etmiş 15 silahlının məhv edildiyi barədə məlumat yayıb.

 

Məlumata əsasən, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlının məhv edildiyi bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN