Misirdə xristianlara hücum olub: Onlarla ölən və yaralanan var

Misirdə xristianlara hücum olub: Onlarla ölən və yaralanan var

GünAz TV: Misirin cənubunda Əl-Minya əyalətində kopt-xristianların olduğu avtobusa hücum nəticəsində 23 nəfər ölüb.

 

Bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub.

 

Xarici mətbuatın yaydığı məlumata görə, hadisədə 25 nəfər də xəsarət alıb.

 

Misir mətbuatı ölənlərin sayının 30 nəfərə çata biləcəyinə dair məlumat yayıb.

 

Misir təhlükəsizlik qüvvələri hücumun baş verdiyi bölgədə silahlıların axtarışı məqsədilə əməliyyata başlayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN