Möhsün Rzayi: “İraq Kürdistanında keçirilmiş referendum, Barzaninin öz rəqiblərinə qarşı çevrilişidir”

Möhsün Rzayi: “İraq Kürdistanında keçirilmiş referendum, Barzaninin öz rəqiblərinə qarşı çevrilişidir”

GünAzTV: İranda Sistemin Məsləhətini Müəyyənlədirən Qurumun katibi Möhsün Rzayi, sentyabrın 29-da özünün şəxsi “Twitter” səhifəsində kiçik bir yazı paylaşaraq beş gün əvvəl İraq Kürdistanında keçirilmiş müstəqillik referendumuna münasibət bildirib.

 

Möhsün Rzayi deyib ki, Barzaninin İraq Kürdistanında müstəqillik referendumu keçirməkdə məqsədi, rəqibləri ilə haqq-hesab çürütmək, onları kənara qoymaqdır: “Burada kürd xalqının hər hansı bir mənafeyindən söhbət getmir. Əslində, İraq Kürdistanında keçirilmiş referendum, Məsud Barzaninin öz rəqiblərinə qarşı çevrilişidir. Məqsəd isə onları bu yolla kənara qoymaq və kürdlər arasında özündən bir qəhrəman siması yaratmaqdır. Barzani istəyirdi ki, İraqın kürd prezidenti ya onun özü olsun, ya da onun nümayəndəsi. Lakin bu alınmadı”.

 

Sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

 

Xatırladaq ki, son günlər İranın bir sıra yüksək rütbəli rəsmiləri ayrı-ayrılıqda bəyanatlar səsləndirərək İraq Kürdistanında keçirilmiş müstəqillik referendumuna qarşı çıxaraq, İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasının tərəfdarı olduqlarını bildiriblər.

 

Sentyabrın 27-də isə İran parlamentinin 210 deputatı birgə bəyanat yayaraq İraq kürdlərinin keçirdiyi həmin referendumu pisləyiblər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN