Möhsün Rzayi: “Ruhaninin benzinin bahalaşdırılması xüsusunda məsuliyyətindən boyun qaçırması təəccüblüdür”

Möhsün Rzayi: “Ruhaninin benzinin bahalaşdırılması xüsusunda məsuliyyətindən boyun qaçırması təəccüblüdür”

GünAz TV: İranda benzinin qiymətinin 300% artırılması və bundan sonra baş verən böyük xalq etirazlarının ardından ölkə rəsmiləri məsuliyyəti bir-birinin boynuna yıxmağa çalışırlar.

 

Ötən gün prezident Həsən Ruhaninin benzin qiymətinin hansı tarixdə artırılacağı ilə bağlı öncədən xəbərdar olmadığı barədə etdiyi çıxışına Ali Məsləhət Şurasının rəhbəri Möhsün Rzayi sərt reaksiya verib. O, dolayısı ilə prezidenti yalan danışmaqda və xalqı aldatmaqda ittiham edib.

 

“Həsən Ruhaninin benzinin qiymətinin artırılması tarixinin təyin edilməsi və bu qərarın icrası istiqamətində məsuliyyəti qəbul etməkdən boyun qaçırması təəccüblüdür”, - deyə Möhsün Rzayi əlavə edib.

 

Xatırladaq ki, Ruhani ötən gün Şərqi Azərbaycan əyalətinə etdiyi səfər çərçivəsində benzinin qiymətinin artırılma tarixindən öncədən məlumatsız olduğunu iddia etmişdi.

 

Etirazlar keçirilən zaman “dini lider” Əli Xamneyi də benzinin bahalaşması xüsusunda məsuliyyəti öz üzərindən hər 3 sistemin rəhbərinin boynuna ataraq, qəbul edilmiş qərarı dəstəklədiyini bəyan etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN