Möhsün Rzayi: “Səudiyyə hökmranları öz arsenalını silahla doldurmaqla səltənətlərinin ömrünü uzada bilməyəcəklər”

Möhsün Rzayi: “Səudiyyə hökmranları öz arsenalını silahla doldurmaqla səltənətlərinin ömrünü uzada bilməyəcəklər”

GünAzTV: İranda Sistemin Məsləhətini müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi, oktyabrın 8-də öz “İnstagram” səhifəsində kiçik bir yazı paylaşaraq Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləzizin bir neçə gün əvvəl Rusiyaya etdiyi rəsmi səfərinə münasibət bildirib.

 

Öz yazısında Səudiyyə rəhbərlərini “boşboğazlıq”da günahlandıran Möhsün Rzayi bildirib ki, onlar başqa-başqa ölkələrdən silah alıb anbarlara yığmaqla öz hakimiyyətlərinin süquta uğramasının qarşısını ala bilməyəcəklər: “Səudiyyə Ərəbistanı hökmranları öz millətinin pulları ilə dünyanın hər bir yerinə gedir, ondan-bundan silah alıb boşboğazlıq edirlər. Onlar Rusiyadan hava hücumundan müdafiə sistemi sayılan “S 400” zenit-raket komplekslərini, Amerikadan isə raketə qarşı müdafiə sistemini almağa çalışırlar.

 

Səudiyyə hökmranları güman edirlər ki, öz arsenallarını silah-sursatla doldurmaqla çürümüş vəhhabi səltənətlərinin ömrünü uzada bilərlər. Onlar öz gözlərini həqiqətin üzünə yumublar və öz millətinin, eləcə də Yəmən və Bəhreyn müsəlmanlarının səsini eşitmirlər. Çünki onlar üzüaşağı olan eskalatorları ayaqla gedirlər”.

 

 

Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz oktyabrın 5-də Rusiyaya rəsmi səfərə gedib. Rəsmi qarşılanma mərasimindən sonra Kreml sarayında Rusiya prezidenti Vladimir Putinlə görüşən kral Salman, Moskva ilə Ər-Riyadın regional məsələlərdə birgə əməkdaşlığının gücləndirilməsindən danışıb: “Körfəzdə, o cümlədən də Yəməndə sabitliyi və təhlükəsizliyi qoruyub saxlamaq, mühüm, təcili və prioritet məsələlərdən biridir. Bunun üçün də hesab edirik ki, İran region ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməli, bölgənin sabitliyinin pozulmasına gətirib çıxaran əməllərini dayandırmalıdır”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN