Moldova Avrasiya İqtisadi İttifaqı ilə çərçivə sənədi imzalayacaq

Moldova Avrasiya İqtisadi İttifaqı ilə çərçivə sənədi imzalayacaq

GünAz TV: Moldova Avrasiya İqtisadi İttifaqı ilə çərçivə razılaşmasını imzalamaq niyyətindədir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Moldova prezidenti İqor Dodon deyib.

 

“Aprelin 3-də Avrasiya İqtisadi Komissiyasının rəhbərliyi Moldovada səfərdə olacaq. Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığa dair çərçivə razılaşmasını imzalamalıyıq. Fikrimcə, bu məhsullarımızın nəinki Rusiya bazarına, təşkilata daxil olan digər ölkələrin bazarlarına qayıtması prosesini asanlaşdıracaq”, - deyə o vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN