Morqan Ortaqus: “İrana qarşı maksimum təzyiq kampaniyasında məqsəd, bu ölkəni danışıqlar masasının arxasına gətirməkdir”

Morqan Ortaqus: “İrana qarşı maksimum təzyiq kampaniyasında məqsəd, bu ölkəni danışıqlar masasının arxasına gətirməkdir”

GünazTV: Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus sentyabrın 6-da “Fox News” telekanalına açıqlamasında Vaşinqtonun rəsmi Tehrana qarşı maksimum təzyiqindən danışıb.

 

ABŞ-ın dövlət katibi Mayk Pompeonun bundan əvvəl İran rejiminə qarşı irəli sürdüyü 12 şərtə toxunan Ortaqus deyib ki, İranla imzalanmış nüvə sazişi nöqsanlarla doludur və bu sazişdə İranın təhdid dolu əməllərinin qarşısının alınması məsələsi nəzərə alınmayıb: “İrana qarşı maksimum təzyiq kampaniyasında məqsəd, bu ölkəni danışıqlar masasının arxasına gətirməkdir. İranla imzalanmış nüvə sazişinə gəlincə, bu sazişdə çoxlu nöqsan və çatışmazlıqlar var. Belə ki, həmin sazişdə İran təhdidinin qarşısının alınması yolları, o cümlədən də onun ballistik raket proqramına toxunulmayıb.

 

Təəssüflər olsun ki, Amerika nüvə razılaşmasından çıxandan sonra İran nəinki öz qanunsuz hərəkətlərini məhdudlaşdırmayıb, əksinə daha aqresiv rəftara meyillənib. Biz isə dəfələrlə İran rejimindən istəmişik ki, öz qonşularına qarşı terrorçu əməllərindən əl çəksin və normal bir ölkə kimi rəftar etsin” –deyə Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN