Moskvada etiraz aksiyası zamanı 1000-dən çox adam saxlanılıb

Moskvada etiraz aksiyası zamanı 1000-dən çox adam saxlanılıb

GünAz Tv: Ötən gün Rusiya paytaxtı Moskvanın mərkəzində keçirilən icazəsiz etiraz aksiyası zamanı 1000-dən çox adam polis tərəfindən saxlanılıb.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

 

"Paytaxtın mərkəzində keçirilən icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb", - deyə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib.

 

Polisdən əlavə ediblər ki, araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN