Moskvada İmadəddin Nəsiminin büstü ucaldılıb

Moskvada İmadəddin Nəsiminin büstü ucaldılıb

GünAz TV: Rusiyanın paytaxtı Moskva şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstü ucaldılıb.

 

Abidə Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda qoyulub. 

 

Səfirlikdən verilən məlumata görə, abidənin açılışı oktyabrın 30-da baş tutacaq.

 

Qeyd edək ki, abidə “Nəsimi ili” çərçivəsində ucaldılır."Report"

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN